Xəzər Xəbər

Təyyarə XARDAL YAĞI ilə uçdu VİDEO

Veb TV | 13:45 • 31 Yanvar 2018
Təyyarə XARDAL YAĞI ilə uçdu

Avstraliyanın Qantas Hava Yollarına aid bir sərnişin təyyarəsi xardal toxumlarından əldə edilən bio-yanacaqla ilk beynəlxalq uçuşunu həyata keçirib.

Guardian-ın verdiyi məlumata görə, Boeing Dreamliner 787-9 modelli təyyarə Los-Anceles ilə Melbrun arasındakı 15 saatlıq uçuşunu tamamlayıb. Bio-yanacaq sayəsində karbon tullantısı əvvəlkilərə nisbətdə 7 faiz azalıb.

Sidney Universitetinin kənd təsərrüfatı mütəxəssisi Daniel Tan xardal toxumunun traktorlarda da istifadə oluna biləcəyini deyib.

«Əgər hər il buğda əkilsə bu torpaq üçün yaxşı deyil. Buğda məhsulları arasında hər 2-3 ildən bir xardal yetişdirib, yağını təyyarə yanacağı kimi satmaq olar», - deyə o bildirib.

Qeyd edilir ki, 1 ha xardal məhsulundan 400 l təyyarə yanacağı, ya da 1400 litr yenilənə bilən dizel yanacağı əldə oluna bilir.

Hazırda təyyarə yanacaqlarında bio-yanacaq 50 faizi keçmir, ancaq gələcəkdə bunun 100-faizə çatdırılması düşünülür./faktxəbər



Dünyada bir ilk! Hardal tohumundan yapılan yakıtla uçtu

Xəbər lenti