Xəzər Xəbər

Tofiq Kazımovun yubileyi keçirilib - VİDEO

Veb TV | 12:06 • 31 Yanvar 2018
Tofiq Kazımovun yubileyi keçirilib -

Onun adı milli teatr tariximizə parlaq hərflərlə yazılıb. Azərbaycanda yeni istiqamətli bir teatr məktəbinin yaranması da bu unudulmaz sənətkarın adı ilə bağlıdır. Söhbət Tofiq Kazımovdan gedir. 1964-cü ildən 1980-ci ilədək Akademik Milli Dram Teatrının baş rejissoru vəzifəsində çalışan Tofiq Kazımov bu teatrın səhnəsində yaddaqalan tamaşalar yaratmaqla bərabər, gənclərin teatra cəlb olunmasında böyük rol oynayıb.

Akademik Milli Dram Teatrında xalq artistinın 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.Yubiley gecəsində rejissorun həyat və fəaliyyətindən, Azərbaycan teatrının, rejissor sənətinin inkişafındakı xidmətlərindən danışılıb.

Tofiq Kazımovun Akademik Milli Dram teatrında baş rejissor kimi İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən”, "Unuda bilmirəm”, "Məhv olmuş gündəliklər”, Cəlil Məmmədquluzadənin "Ölülər”, Cəfər Cabbarlının "Aydın”, Məmməd Səid Ordubadinin "Qılınc və qələm”, Əbdürrəhim bəy

Yubiley gecəsində Tofiq Kazımovun xatirəsinə həsr olunan "Ölülər” tamaşası təqdim olunub.

Xezerxeber.az "Xəzər Səhər"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar