Xəzər Xəbər

Cəlilabadda qadını ilan sancıb - VİDEO

Veb TV | 18:53 • 21 Yanvar 2018
Cəlilabadda qadını ilan sancıb -

Cəlilabadda qadını ilin qış mövsümündə ilan sancıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Hacıcavad kəndində baş verib.

Kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxararkən bağlamanın arasında olan ilan onun sol əl nahiyyəsindən sancıb. Zərərçəkənin sözlərinə görə o, öncə bunun arı olduğunu düşünüb. Daha sonra ot bağlamasının arasındakı sürünəni gördükdən sonra bunun ilan sancması olduğunu başa düşüb. Qadın yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub. Hazırda müalicəsi reanimasiya şöbəsində davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Xəbər lenti

Çox oxunanlar