Xəzər Xəbər

`Kalaşnikov` avtomatının işləmə mexanizmi VİDEO

Veb TV | 10:33 • 11 Yanvar 2018
`Kalaşnikov` avtomatının işləmə mexanizmi

"Kalaşnikov" avtomatı - "AK-47" avtomatik rejimli dünyada ən geniş yayılmış odlu silahdır. Həm tək, həm də avtomat rejimdə ardıcıl atəşaçma qabiliyyətinə malikdir. Yüksək etibartlığı və sadə qulluq olunması ilə fərqlənir.

"Kalaşnikov" avtomatı dünyanın bir çox ölkələrinin ordularında istifadə olunur. İstifadəsi olduqca asandır. Bir neçə saniyəyə yığılıb-sökülür. Boş maqazinlə çəkisi 4.3 kq-dır. Dəqiqədə 600 atış edir. Gülləsinin balanğıc sürəti 715m/s-dir. Effektiv məsafəsi 100-800 metrdir.

Qeyd edək ki, avtomat üzərində ilk işi 1944-cü ildə bir çox orijinal konstruksiyalar layihələndirmiş Sudayev aparır. Sonralar bu avtomatın üzərində Kalaşnikov işləməyə başlayır. 1946-cı ildə ö öz konstruksiyasını nümayiş etdirir. Bu avtomat sınaqlardan keçərək yaxşı nəticələr göstərir. 1947-ci ildə orduda tətbiqi təklif olunur. Nəticədə Kalaşnikovun avtomatı Deqtyarev, Simonov, Rukavişnikov, Barışev tərəfindən hazırlanmış bütün avtomatlardan üstün sayılır. Orduda sınaqdan keçdikdən sonra Kalaşnikov avtomatı 1948-ci ildə silahlı qüvvələrə götürülür./FaktXəbər

Xəbər lenti