Xəzər Xəbər

Bakıdan Naxçıvana qatar gedəcək - Cavid Qurbanov AÇIQLADI - VİDEO

Veb TV | 20:51 • 13 Oktyabr 2017
Bakıdan Naxçıvana qatar gedəcək -

''Bakı-Tiblisi-Qars'' dəmir yolu xətti ilə sərnişin daşımları gələn ildən həyata keçiriləcək. Bu ayın 30-da açılışı olacaq bu xətt üzrə əvvəlcə yük qatarları hərəkət edəcək''. Belə bir açıqlamanı Azərbaycan dəmir yolları qapalı səhmdar cəmiyyətinin sədri Cavid Qurbanov verib. O, Bakı-Gəncə sürət qatarınında gələn il istifadəyə veriləcəyini, o cümlədən Bakıdan -Naxçıvana dəmir yolu xəttinin çəkilməsi üçündə layihənin olduğunu bildirib.

Oktyabrın 30-da açılışı ediləcək Bakı-Tiblisi-Qars dəmir yolu xətti ilə sərnişinlərin daşınması gələn il mümkün olacaq.

Bu yola ilk olaraq yüklər daşınacaq. Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Quranov bildirib ki, ölkəmizin dəmir yolları, Avropa dəmir yollarına nisbətən enli olduqundan bu xətt üzrə hərəkət etmək üçün xüsusi qatarlar sifariş verilib.

Cavid Qurbanov Bakı-Gəncə sürət qatarınında gələn il istifadəyə veriləcəyini və qatarla gəncəyə 4 saata getməyin mümkün olacağı bildirib.

Sədr Bakıdan Naxçıvana qatarla hərəkət etmək üçündə layihənin mövcud olduqunu və üzərində iş aparıldığını bildirib.

Bu gün 13 oktyabr dəmiryolçuların peşə bayramı münasibəti ilə də tədbir keçirlib və fərqlənən dəmiryolçulara mükafatlar təqdim edilib.


Xəbər lenti