Xəzər Xəbər

Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib - VİDEO

Veb TV | 09:01 • 11 İyul 2017
Konfederasiyalar Kuboku-2017-nin ən yaxşı qolu seçilib -

Meksika yığma komandasının futbolçusu Marko Fabianın Almaniya ilə yarımfinal matçında vurduğu qol 2017 FİFA Konfederasiyalar Kubokunun ən yaxşısı olub.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə FİFA-nın saytında bildirilir.

İlk beşliyə həmçinin Raul Ximenes (Meksika), Andre Silva (Portuqaliya), Kərəm Dəmirbəy (Almaniya) və Andre-Frank Zambo Anqissanın (Kamerun) qolları daxildir.

Qeyd edək ki, 17 iyun – 2 iyulda Rusiyada keçirilmiş Konfederasiyalar Kubokunun qalibi Almaniya millisi olub.


Xəbər lenti