Xəzər Xəbər

Bu dəfə qaydanı sərnişin pozdu - həm onu, həm də sürücünü cərimə gözləyir - VİDEO

Veb TV | 20:25 • 10 İyul 2017
Bu dəfə qaydanı sərnişin  pozdu - həm onu, həm də sürücünü cərimə gözləyir -

Saatda 110 km-lik sürət yolunda sərnişin ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxararaq özünü sərinlədir. Sürücü isə bu qayda pozuntusuna yol boyu göz yumaraq hərəkətini davam etdirir.

Xezerxeber.az-ın məlumatına görə, görüntülər Bakı-Qazax avtomagistralının Ələt hissəsində lentə alınıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov sərnişinin kobud qayda pozuntusuna yol verdiyini və araşdırılaraq onun haqqında tədbir görüləcəyini deyib.

Vaqif Əsədovun sözlərinə görə, sürücü də sərnişinin həyatının təhlükəsizliyinə görə məsuliyyət daşıdığından, bu qayda pozuntusuna göz yummaqla xəta törədib.

Üstəlik, sərnişin ayaqlarını çölə çıxartdığından təhlükəsizlik kəmərini də taxmayıb. Belə olan halda isə sərnişini 30 manat məbləğində cərimə gözləyir.

Vaqif Əsədov həmçinin onu da qeyd edib ki, sürücülər bəzən kameralar olmayan yollarda müxtəlif qayda pozuntusu edirlər. Amma kənar şəxs tərəfindən çəkilib yayılan görüntülərə görə də onlar haqqında cərimə protokolları yazıla bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar