Xəzər Xəbər

Fermerlərin Bakıya gətirdikləri məhsullar xarab olur - satmağa yer verilmir - VİDEO

Veb TV | 19:41 • 17 İyun 2017
Fermerlərin Bakıya gətirdikləri məhsullar xarab olur - satmağa yer verilmir -

Rayondan gətirdikləri məhsullarını Bakıda satmağa yer tapmayan kəndlilərin malları xarab olur.

Xezerxeber.az məlumat verir ki, uzun müddətdir hər həftənin sonu məhsullarını Xətai rayonunda yerləşən yarmarkanın ətrafında satsalar da ötən gündən bu qadağan edilib.

Kəndlilər deyir ki, artıq 2 gündür yük maşınlarında qalan tonlarla məhsul məhv olur.

Kənd Təsərrüfatı Nazirliyinin sözçüsü Murtuzəli Hacıyevin sözlərinə görə, nazirlik tərəfindən yalnız yarmarka çadırının altında satış təşkil edilir ki, Xətai rayonunda da bu ərazi tam şəkildə dolub. Yarmarkanın ətrafında satışın təşkili isə nazirliyin səlahiyyətində deyil.

Satıcılar onlara belə bir təklifin edilmədiyini və Bakıda getdikləri bütün yarmarkaların dolu olduğunu bildirirlər.

Xətai rayon Mənzil Komunal Təsərrüfatı Birliyinin nümayəndəsi Firuz Nuri isə yarmarkanın ətrafında yaşayan sakinlərin şikayətindən sonra bu ərazidə küçə ticarətinin qadağan edildiyini bildirir.

Hər bir halda reallıq ondan ibarətdir ki, kəndlilərin min bir əzab-əziyyətlə yetişdirdikləri və Bakıya gətirdiyi tonlarla məhsul avtomobillərdə qalaraq xarab olur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti