Xəzər Xəbər

Biləsuvarda yanğın: ölən və yaralanan var - VİDEO

Veb TV | 19:32 • 17 İyun 2017
Biləsuvarda yanğın: ölən və yaralanan var -

Biləsuvarda yaşayış evinin yanması azyaşlının ölümü ilə nəticələnib.

Xezerxeber.az məlumat verir ki, hadisə Biləsuvarda, Molla Pənah Vaqif küçəsində baş verib. Rayon sakini Natiq Aslanova məxsus fərdi yaşayış evi qəfildən yanmağa başlayıb. Hadisə zamanı ev sahibəsi Gülnar Məmiyeva və iki azyaşlı övladı evdə yatmış vəziyyətdə olublar. Evin tüstüləndiyini hiss edən ana 4 yaşlı körpəsini qucağına götürərək pəncərədən bayıra çıxa bilib. Lakin 8 yaşlı Ümid Aslanlı özünü itirərək çarpayının altına girib və çoxsaylı yanıq xəsarətləri alıb.

Alov yanğınsöndürənlər tərəfindən söndürülüb. Gülnar Məmiyeva və övladı Ümid Aslanlı yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səylərinə baxmayaraq, Ümidin həyatını xilas etmək mümkün olmayıb. Ananın vəziyyəti isə orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbi hələlik məlum deyil.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti