Xəzər Xəbər

Bu gün buraxılış imtahanları keçirilib - suallar asan olub - VİDEO

Veb TV | 19:45 • 17 İyun 2017
Bu gün buraxılış imtahanları keçirilib - suallar asan olub -

Bu gün IX və XI siniflərdə təhsil alan şagirdlər buraxılış imtahanı verdilər.

Xezerxeber.az məlumat verir ki, Bakı, Sumqayıt, Abşeron şəhərlərində və Naxçıvan Muxtar Respublikasında yerləşən orta ümumtəhsil müəssisələrində Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunan imtahanların keçirilməsi üçün ümumilikdə 180 bina ayrılıb. 264 imtahan rəhbəri, 3 min 356 nəzarətçi-müəllim də iş başında olub.

5 nömrəli Respublika Xüsusi internat məktəbində təhsil alan Ürfan Camalov imtahanın yaxşı keçdiyini bildirib.

İmtahan Azərbaycan dili və Riyaziyyat fənnindən keçirilib. Şagirdlər bu imtahanda təqdim olunan sualların əvvəlki imtahana nisbətən daha asan olduğunu deyirlər.

İmtahan nəticələri 4 gün müddətində elan olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar