Xəzər Xəbər

Əfv sərəncamının icrası başa çatdı: 412 məhbus azad edildi - VİDEO

Veb TV | 19:53 • 17 Mart 2017
Əfv sərəncamının icrası başa çatdı:

Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamının icrası ilə 423 məhkum və onların yaxınları sevindi. Səhər saatlarında əfv olunan məhbusların azadlığa çıxması həbsxana qarşısında həyacanlı və kövrək anlarla yadda qalıb.

Əfv olunaraq 4 divar arasından çıxanlar onları gözləyən yaxınlarına belə sarıldı.

Novruz bayramı ərəfəsində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə 412-i məhbus azadlığa qovuşdu, 2 nəfərin ömürlük azadlıqdan məhrum etmə cəzası dəyişdirildi. Bundan başqa 1 nəfərin təxirə salınmış cəzası ləğv edildi, 5 nəfərin şərti cəzası üzərindən götürüldü, 3 nəfər isə cərimə cəzasından azad olundu.

Həsrətlə yol gözləyən məhbus yaxınları səhərin çağından həbsxanaların qarşısına toplaşıb. Kimi atasını ya da övladını, kimi də qardaş ya da bacısını gözləyib.

Müxtəlif cinayətlərə görə azadlıqdan məhrum edilmiş məhkumların həbsxanadan çıxışı zamanı duyğulu anlara səbəb olub. Həbsdən çıxan atanın övladı ilə görüşməsi kimi.

Əfv olunanlar arasında əcnəbilər də olub. Təkcə, Penitensiar Xidmətin 2 saylı Cəzaçəkmə müəsissəsindən 2 əcnəbi azadlığa çıxıb.

Əfvin icrasında Ədliyyə Nazirliyinin, Penitensiar Xidmətin və qeyri-hökümət təşkilatlarının əməkdaşları da iştrak edib. Əfv sərəncamı günün birinci yarsında Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin bütün cəzaçəkmə müəssisələrində icra olunub.


Xəbər lenti