Xəzər Xəbər

Almaniya Ukraynada uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək

Texnologiya | 08:18 • 29 May 2025
Almaniya Ukraynada uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək

Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirmək niyyətindədir.

Xezerxeber.az xəbər verir ki, bu barədə Almaniya hökumətindəki mənbələrə istinadla “Die Welt” qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, mayın 28-də Prezident Volodimir Zelenskinin Berlinə səfəri zamanı məlum olan Almaniyadan Ukraynaya yeni yardım paketinin bir hissəsi Ukraynanın uzaqmənzilli dronlarının maliyyələşdirilməsidir.

Mayın əvvəlində Ukrayna Almaniya Müdafiə Nazirliyinə BARS və AN-196, həmçinin “Flamingo” tipli dronları maliyyələşdirmək xahişi ilə müraciət etmişdi. Bunun Almaniya tərəfindən təsdiqləndiyi iddia edilir. Layihənin ümumi dəyəri təxminən 400 milyon avro qiymətləndirilir.

Xəbər lenti