“TikTok” sosial şəbəkəsi artıq ABŞ ərazisində əlçatan deyil.
Xezerxeber.az xəbər verir ki, sosial şəbəkə müvafiq qanunun qüvvəyə minməsindən bir neçə saat əvvəl öz fəaliyyətini dayandırıb.
Hazırda ABŞ-də mobil tətbiqə daxil olmaq istəyənlər bu bildirişlə qarşılaşırlar: “ABŞ-də “TikTok”un qadağan edilməsinə dair qanun qəbul edilib. Buna görə də siz, “TikTok”dan istifadə edə bilməzsiniz”.