Xəzər Xəbər

Kanada Ukraynaya 800-dən çox PUA verəcək

Texnologiya | 13:12 • 20 Fevral 2024
Kanada Ukraynaya 800-dən çox PUA verəcək

Kanada əlavə yardım paketi çərçivəsində Kiyevə öz istehsalı olan 800-dən çox dron göndərəcək.

Xezerxeber.az xəbər verir ki, CTV telekanalı bu barədə Kanadanın müdafiə naziri Bill Blairə istinadla məlumat yayıb.

Nazirin sözlərinə görə, Kiyevə tədarük olunacaq PUA-ların ümumi dəyəri təxminən 95 milyon dollardır və bu məbləğ Baş nazir Castin Trüdonun ötən il iyun ayında Kiyevə səfəri zamanı elan etdiyi 500 milyon dollarlıq yardım paketindən ödəniləcək.

Kanadada istehsal olunan “SkyRanger R70” dronları hədəfləri aşkarlamaq və müəyyən etmək üçün müxtəlif kamera sistemləri ilə təchiz olunub. Ottava həmin PUA-ları aprelin əvvəlinədək Ukraynaya çatdırmağı planlaşdırır.

Qeyd edək ki, 2022-ci ilin fevral ayından bəri Kanada Ukraynaya 9,7 milyard dollar həcmində yardım göstərib ki, bunun da 2,4 milyard dolları hərbi təyinatlıdır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024