Xəzər Xəbər

Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb

Texnologiya | 22:21 • 17 Fevral 2024
Hindistan yeni nəsil hava peykini orbitə çıxarıb

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı (ISRO) yeni nəsil hava müşahidə peyki olan “INSAT-3DS”i kosmosa uğurla buraxıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ISRO-nun X (keçmiş tviter) səhifəsində məlumat paylaşılıb.

“GSLV-F14/INSAT-3DS missiyası: daşıyıcı aparat peyki nəzərdə tutulan geostasionar ötürmə orbitinə uğurla çıxarıb”, - məlumatda deyilir.

2274 kiloqram çəkisi olan “INSAT-3DS” üçüncü nəsil meteoroloji peykdir və geostasionar orbitdə yerləşdiriləcək. Missiyanın məqsədi hərtərəfli meteoroloji müşahidələrin aparılmasıdır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024