Xəzər Xəbər

Amerikalı ekspertlər: İran bir həftəyə nüvə silahı hazırlaya bilər

Texnologiya | 14:35 • 6 Fevral 2024
Amerikalı ekspertlər: İran bir həftəyə nüvə silahı hazırlaya bilər

İran bir həftə ərzində ilk nüvə silahını, bir ayda isə altı ədəd nüvə başlığı istehsal etmək üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir.

Bu barədə ABŞ-nin Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutunun yeni hesabatında deyilir.

Ekspertlərin sözlərinə görə, hazırda İranın nüvə potensialı əvvəlkindən daha təhlükəli olduğu halda, Qərblə əlaqələri də aşağı səviyyədədir.

“İranın böyük həcmdə zənginləşdirilmiş uran istehsalı və nüvə silahı hazırlamaq üçün 90 faizədək zənginləşdirmə səviyyəsinə çatmaq imkanı var”, - deyə institutun hesabatında bildirilib.

Hesabatda qeyd olunur ki, Tehran müxtəlif səviyyələrdə zənginləşdirmə imkanı verəcək və böyük həcmdə zənginləşdirilmiş uran istehsal edəcək minlərlə müasir sentrifuqalara can ataraq uranı zənginləşdirmə proqramını genişləndirməkdə iddialıdır. (AZƏRTAC)

Xəbər lenti