Xəzər Xəbər

Almaniya şirkəti Ukraynada zirehli texnika istehsalına başlayacaq

Texnologiya | 11:09 • 3 Dekabr 2023
Almaniya şirkəti Ukraynada zirehli texnika istehsalına başlayacaq

Almaniyanın “Rheinmetall” silah zavodu Ukraynada ilk zirehli maşınları 2024-cü ildə istehsal etməyi planlaşdırır.

Xezexeber.az xəbər verir ki, bunu şirkətin rəhbəri Armin Papperger “WirtschaftsWoche” jurnalına müsahibəsində bildirib.

O deyib: “Biz müqaviləni imzaladıqdan sonra birinci “Fuchs”u 6-7 ay, birinci “Lynx”i isə 12-13 ay ərzində başa çatdırmaq istəyirik”.

Zirehli texnika Ukrayna ilə “Rheinmetall” konserninin 2023-cü ilin oktyabrında yaratdıqları müəssisədə istehsal olunacaq. Burada, həmçinin Qərb texnikasının da təmir olunacağı nəzərdə tutulur.

Ukrayna müdafiə nazirinin müavini Dmitri Klimenkov bundan əvvəl xəbər vermişdi ki, ölkənin müdafiə qurumu Ukrayna Silahlı Qüvvələrini yerli istehsala malik təchizat və məhsullarla tam təmin etmək niyyətindədir. O qeyd edib ki, Müdafiə Nazirliyi hazırda ukraynalı hərbçilər üçün zirehli jiletlərin, taktiki təchizatın, geyim və qidanın yerli istehsal olması üzərində çalışır.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024