Xəzər Xəbər

İlon Mask: Nəhəng raket Yeni ilədək üçüncü uçuşa hazır olacaq

Texnologiya | 09:33 • 22 Noyabr 2023
İlon Mask: Nəhəng raket Yeni ilədək üçüncü uçuşa hazır olacaq

“SpaceX” şirkətinin rəhbəri İlon Mask “Starship” gəmisinin də daxil olduğu nəhəng raketin 3-4 həftədən sonra üçüncü uçuşa hazır vəziyyətə gətiriləcəyini bildirib.

Xezerxeber.az Rusiya KİV-ə istinadla xəbər verir ki, şirkət raketin üçüncü buraxılışının texniki hazırlığını Milad bayramına qədər tamamlamaq niyyətindədir. Amma dövlətin müvafiq tənzimləyici orqanlarının İ.Maskın planlaşdırdığı vaxtda “Starship” gəmisinin uçuşuna icazə verib-verməyəcəklərinə dair heç bir zəmanət yoxdur.

“SpaceX” şirkəti sözügedən raketin fəzaya buraxılması üçün ABŞ-ın Federal Mülki Aviasiya Agentliyindən lisenziya almalıdır. Bu agentlik kosmik gəminin ikinci sınaq uçuşunun tədqiqatlarına rəhbərlik edir.

Şənbə günü nəzərdə tutulan sınaq uçuşu zamanı “Starship” gəmisi fəzaya buraxıldıqdan sonra Yer kürəsinin böyük hissəsini dövr edərək, Sakit okeanı hövzəsindəki Havay adaları yaxınlığında eniş etməli idi. Lakin uçuş cəmi səkkiz dəqiqə çəkib və plandankənar enişlə nəticələnib. Buna baxmayaraq, “SpaceX” şirkəti raketin ikinci sınaq uçuşundan razı qaldığını bəyan edib.

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024