Xəzər Xəbər

Çin 6G-yə START verdi YENİLİK

Texnologiya | 12:18 • 8 İyun 2023
Çin 6G-yə START verdi

Çin şirkətləri 5G-ni əvəz edəcək yeni nəsil telekommunikasiya texnologiyası olan 6G ilə bağlı tədqiqatlara start veriblər.

Xezerxeber.az xəbər verir ki, çinli mütəxəssislər tamamilə internetlə təchiz olunmuş dünyaya hazırlaşmaq üçün çalışırlar.

Sürətinə görə 5G-dən daha aşağı gecikməyə, daha yüksək sürətə və daha çox ötürmə qabiliyyətinə malik olacağı gözlənilən simsiz texnologiya olan 6G üçün hazırda universal qəbul edilmiş tərif yoxdur.

Hələ ki, 6G ilə bağlı universal qəbul olunmuş qayda yoxdur, lakin simsiz qoşulma növü olacağı gözlənilən bu texnologiyanın 5G-dən daha aşağı gecikmə, daha yüksək sürətli və ötürmə qabiliyyətinə malik olacağı gözlənilir. Ekspertlərin fikrincə, 6G ilə bağlı əsas xarakteristika bu olacaq ki, o kosmik-hava-yer-dəniz kommunikasiya texnologiyalarının inteqrasiyasını təmin edəcək.

 

Xəbər lenti