Xəzər Xəbər

“F-35” qırıcılarının gövdələri Almaniyada istehsal olunacaq

Texnologiya | 13:13 • 20 Fevral 2023
“F-35” qırıcılarının gövdələri Almaniyada istehsal olunacaq

Amerikanın “Lockheed Martin” və “Northrop Grumman” şirkətlər ilə Almaniyanın “Rheinmetall AG” konsern arasında niyyət sazişi imzalanıb. Sazişə əsasən, Amerikanın beşinci nəsil “F-35” qırıcılarının gövdəsinin mərkəzi hissəsi Almaniyada istehsal ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Asia Pacific Defence Reporter” jurnalı məlumat yayıb.

Məlumata görə, təşəbbüs “F-35” istehsal proqramında Avropa sənayesinin rolunu artırmaq məqsədi daşıyır.

"F-35” mərkəzi gövdəsinin Almaniyada istehsalı 21-ci əsrdə təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edən qırıcılara artan qlobal tələbatı ödəmək üçün həyati əhəmiyyət kəsb edəcək”, - deyə “Lockheed”in müştəri proqramları üzrə vitse-prezidenti Martin Mike Shoemaker qeyd edib.

Xəbər lenti