Xəzər Xəbər

Vatsapda yeni funksiya hazırlanır

İstifadəçilər bildirişlər alacaqlar
Texnologiya | 09:19 • 9 Fevral 2023
Vatsapda yeni funksiya hazırlanır

Vatsap mesencerində istifadəçilərə qrup çatlarında zəngləri planlaşdırmaq imkanı təklif edən funksiya hazırlayır.

Xezerxeber.az xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.

Məlumata görə, bu funksiya ilə zəngin adını, tarixini və vaxtını seçmək mümkün olacaq. Bundan əlavə, onun iştirakçıları zəngin yaradılması və onun başlanması barədə bildirişlər alacaqlar.

Yenilik “Android”də mesencerin beta versiyasında mövcud olacaq. Bu funksiyanın nə vaxt hər kəs üçün əlçatan olacağı barədə hələlik məlumat verilmir.

Xəbər lenti