Xəzər Xəbər

Türkiyədə elektrik mühərrikli avtomobillərdən istifadə artıb

Texnologiya | 12:02 • 29 Yanvar 2023
Türkiyədə elektrik mühərrikli avtomobillərdən istifadə artıb

Türkiyədə elektrik mühərrikli minik avtomobillərdən istifadə artıb.

Xezerxeber.az "Anadolu" agentliyinə istinadla xəbər verir ki, 2021-ci ildə elektriklə işləyən avtomobillərin sayı 6 min 267 idisə, ötən il bu rəqəm 14 min 552-yə çatıb. Keçən il elektriklə işləyən avtomobillərin sayı əvvəlki ilə nisbətdə 132,2 faiz artıb. Beş il əvvəl isə ölkədə elektriklə işləyən avtomobillərin sayı 952 olub.

Türkiyənin elektrik mühərrikli “Togg” avtomobil markasının istehsala başlaması ilə bu rəqəmlərin daha da artacağı gözlənilir.

Ölkədə elektrik mühərrikli avtomobillərlə yanaşı, hibrid avtomobillərin də artması diqqət çəkir. Onların sayında 55,3 faiz artım müşahidə edilib.

Beş il əvvəl hibrid avtomobillərin sayı 4415 ədəd olduğu halda, ötən ilin sonunda bu rəqəm 134 min 662-yə yüksəlib. 2021-ci ildə isə hibrid avtomobillərin sayı 86 min 682-yə çatıb.

Xəbər lenti