Xəzər Xəbər

Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib

Texnologiya | 15:23 • 13 Yanvar 2023
Türkiyə ordusunun arsenalına yeni milli helikopter daxil edilib

Türkiyə Silahlı Qüvvələri (TSQ) milli istehsal olan texnika və avadanlıqlar sayəsində gücünü artırmaqda davam edir.

Xezerxeber.az Milli Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir ki, mühüm məqsədlərdə istifadə etmək üçün helikopterləri tədarük etmək layihəsi çərçivəsində T-70 tipli yeni helikopter Hərbi Hava Qüvvələrinə təslim edilib.

Bildirilir ki, T-70 tipli helikopter TUSAŞ (Türk Havacılık ve Uzay Sanayi AŞ) şirkəti tərəfindən istehsal edilib.

Arsenala yeni daxil edilən helikopter TSQ-nin Konyadakı hava qüvvələrinə məxsus hərbi hissənin xidmətinə veriləcək.

Xəbər lenti