Xəzər Xəbər

“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

Texnologiya | 09:59 • 2 Dekabr 2022
“WhatsApp”da köhnə mesajları tapmaq asanlaşdı

“WhatsApp” mesajların axtarışını asanlaşdıracaq funksiya üzərində işləyir.

Beta istifadəçilərinə açılan yeni xüsusiyyət mesajlarda istədiyimiz tarixə keçməmizi təmin edəcək. Tətbiqdə dəqiq tarixi bilmədiyimiz mesajları axtardığımız zaman belə bir xüsusiyyətin çox faydalı olacağını söyləyə bilərik.

Bundan əlavə, paylaşılan ekran görüntüləri tarixə görə axtarış seçiminin necə istifadə oluna biləcəyini göstərir. Müvafiq olaraq, funksiyadan söhbətlərdə mesajlar axtararkən klaviaturanın yuxarı sağ hissəsində görünən təqvim işarəsi ilə istifadə etmək olar. İstifadəçilər bu işarəyə kliklədikdə istədikləri tarixi seçərək axtardıqları günə çata biləcəklər.

“WhatsApp”ın bu yeni funksiyanı nə vaxt kütləvi istifadəyə verəcəyi hələ məlum deyil. (Trend)

Xəbər lenti