Xəzər Xəbər

Vatsapda yeni funksiya aktivləşdi

İstifadəçilər artıq bu funskiyadan istifadə edə bilir
Texnologiya | 10:29 • 18 Noyabr 2022
Vatsapda yeni funksiya aktivləşdi

"Whatsapp"ın yeni funksiyası olan anket sorğusu artıq aktiv olub.

Metbuat.az xəbər verir ki, istifadəçilər artıq bu funskiyadan istifadə edə bilir.

Qeyd edək ki, "WhatsApp Anket" funksiyasından istifadə olduqca sadədir. Yeni anket yaratmaq istəyirsinizsə, söhbət ekranında + düyməsini klikləmək kifayətdir, "Anket" seçimini seçin, sualı və cavab variantlarını doldurun.

"WhatsApp Web"də anketlər yaradılmır, lakin səslər verilə bilər.

Anketə minimum 2, maksimum 12 variant əlavə edilir. Bütün istifadəçilər kimin hansı variant və nə vaxt səs verdiyini görə bilər. Qrup söhbətlərinə əlavə olaraq təkbətək söhbətlərdə də anket funksiyasından istifadə etmək mümkündür.

Xəbər lenti