Xəzər Xəbər

Sentyabrın 26-da gözünüz GÖYDƏ OLSUN - 59 ildən sonra...

Texnologiya | 19:19 • 24 Sentyabr 2022
Sentyabrın 26-da gözünüz GÖYDƏ OLSUN - 59 ildən sonra...

Sentyabrın 26-da Yupiter planeti Yerə ən yaxın məsafədən keçəcək.

XəzərXəbər axar.az-a istinadən xəbər verir ki, bu barədə NASA məlumat yayıb.

 

Bildirilir ki, Günəş qərb istiqamətində batanda Yupiter də səmanın şərq hissəsində yüksələcək.

Beləliklə Günəş sisteminin ən böyük planeti xüsusilə axşam saatlarında görünəcək.

Qeyd edək ki, iki planet arasındakı məsafənin 966 milyon kilometr olmasına baxmayaraq, bazar ertəsi günü bu rəqəm 591 milyon kilometr olacaq.

Xatırladaq ki, sonuncu dəfə Yupiter Yerə 1963-cü ildə bu qədər yaxınlaşıb.

Xəbər lenti