Xəzər Xəbər

"Samsung" smartfonlarında peyk rabitəsi olacaq

Texnologiya | 10:28 • 23 Sentyabr 2022
"Samsung" smartfonlarında peyk rabitəsi olacaq

Samsung 2023-cü ildə öz cihazlarına peyk qoşulmasını təqdim edəcək.

XəzərXəbər bu barədə "SamMobile"a istinadən xəbər verir.

Bu texnologiya 2023-cü ilin əvvəlində buraxılması planlaşdırılan "Galaxy S23" seriyasının cihazları tərəfindən dəstəklənəcək.

Bununla belə, "Samsung"un öz standartını hazırlayacağı və ya "Google" texnologiyalarından istifadə edəcəyi dəqiqləşdirilməyib. /Report

Xəbər lenti