Xəzər Xəbər

Bu telefon modellərindən istifadə edənlər DİQQƏTLİ OLSUNLAR! – Məlumatlarınız ələ keçirilə bilər

“Apple” şirkəti istifadəçilərinə xəbərdarlıq edib
Texnologiya | 11:25 • 19 Avqust 2022
Bu telefon modellərindən istifadə edənlər DİQQƏTLİ OLSUNLAR! – Məlumatlarınız ələ keçirilə bilər

“Apple” şirkəti istifadəçilərinə xəbərdarlıq edib.

Qurum “iPhone”, “iPad” və “Macbook”lara təsir edən ciddi təhlükəsizlik probleminin aşkar edildiyini açıqlayaraq, istifadəçiləri cihazlarının əməliyyat sistemlərini yeniləməyə çağırıb.

Qeyd olunub ki, sistem zəifliyindən “iPhone 6S” və bütün sonrakı “iPhone” modelləri, 5-ci nəsil və sonrakı “iPad”lər, bütün “iPad Pro” və “iPad Air 2” modelləri  və “macOS Monterey”  ilə işləyən bütün “Mac” kompüterləri təsirlənə bilər.

“Guardian”a danışan “SocialProof Security” təhlükəsizlik şirkətinin baş direktoru Raçel Tobak deyib ki,  bununla da hakerlərin cihazlara bütün inzibati girişi ələ keçirməsi və beləliklə də cihazın sahibi kimi çıxış etməsi reallaşacaq. Fəallar, jurnalistlər, ictimai şəxslərin casusluğun hədəfi ola biləcəyini qeyd edən Tobak sistemin tez bir zamanda yenilənməsinin vacibliyini vurğulayıb. “Apple” isə sistem zəifliyindən neçə istifadəçinin təsirlənəcəyi barədə məlumatı paylaşmayıb. (sfera.az) 

Xəbər lenti