Xəzər Xəbər

Elon Maskdan gözlənilməz addım: "Twitter"ə maraqlı stiker göndərdi

Texnologiya | 14:09 • 19 May 2022
Elon Maskdan gözlənilməz addım: "Twitter"ə maraqlı stiker göndərdi
Elon Mask "Twitter"in baş direktoruna nəcis emojisi göndərib.
 
Ötən günlərdə Twitterlə müqaviləsinin dayandırıldığını elan edən Elon Musk "Twitter"in baş direktoru Parag Agrawalın "saxta hesablar" haqqında açıqlamasına nəcis emojisi ilə cavab verərək yenidən gündəmə gəlib.
 
"Twitter"in CEO-su Parag Agrawal Maskın Twitter-də dörd dəfə çox saxta hesab olduğunu və bu səbəbdən şirkətlə müqavilənin nəzərdən keçiriləcəyini iddiasından sonra açıqlama verib. Agrawal Twitter hesabında "Gəlin spam haqqında danışaq" deyərək, hər gün saysız-hesabsız saxta hesablarla məşğul olduqlarını bildirib.
 
Şirkətin spamla mübarizə qabiliyyətinin yaxşı olduğunu iddia edən Aqrawal hər gün yarım milyondan çox spam hesabını dayandırdıqlarını və hər həftə spam olduğundan şübhələnən milyonlarla hesabı kilidlədiklərini qeyd edib. Spam hesablarının mürəkkəb və tutulmasının çətin olduğuna diqqət çəkən Agrawal bununla mübarizənin inanılmaz dinamika olduğunu bildirib.
 
Qeyd edək ki, Mask Twitter-dəki saxta hesabların şirkətin elan etdiyindən ən az dörd dəfə çox ola biləcəyini ifadə edərək, daha əvvəl şirkəti almaq üçün verdiyi 44 milyard dollarlıq təklifdən daha aşağı qiymət təklif edə biləcəyini söyləyib./azxəbər
 

Xəbər lenti