Xəzər Xəbər

“Instagram”da yenilik - Bundan sonra…

Texnologiya | 18:20 • 18 May 2022
“Instagram”da yenilik - Bundan sonra…

Dünyanın ən məşhur sosial media platformalarından biri olan "Instagram” platforması məzmun istehsalçılarını narahat edəcək yeni funksiya üzərində işləyir. 
 
Platforma dəfələrlə hekayələr paylaşan istifadəçilər üçün "hekayə məhdudiyyəti” funksiyasını sınaqdan keçirməyə başlayıb. 

Şəbəkə üç hekayədən sonra bunun davamını izləmək istəyən istifadəçilər üçün "hamısını göstər” adlı seçim təklif edəcək.

Qeyd edək ki, "Instagram” hazırda istifadəçilərinə ardıcıl 100 hekayə paylaşmağa icazə verir. Yeni funksiyaya baxmayaraq, bu rəqəm dəyişməz olaraq qalır, lakin üç hekayədən sonra hamısını göstər düyməsini sıxmaq lazım gələcək və ya avtomatik olaraq növbəti şəxsin hekayələrinə keçiləcək.

Bu yolla istənilən istifadəçinin paylaşdığı dördüncü hekayənin baxış sayı az olacaq./Sfera.az

Xəbər lenti