Xəzər Xəbər

“WhatsApp” ödənişli abunəliyə keçir – Tarix açıqlandı

Texnologiya | 14:00 • 13 May 2022
“WhatsApp” ödənişli abunəliyə keçir – Tarix açıqlandı

“WhatsApp”ın ödənişli abunəliyə nə vaxt başlayacağı açıqlanıb.

XəzərXəbər xəbər verir ki, dünyanın ən məşhur mesajlaşma proqramı olan “WhatsApp” ödənişli abunəliyə keçəcək.

Məlumata görə, “WhatsApp” 14 may 2022-ci il tarixindən etibarən istifadəçilərinə ödənişli abunəlik təklif edəcək. Amma bu, məcburi olmayacaq. İstifadəçilər proqramdan pulsuz istifadə davam edəcəklər. Dəqiq olmayan məlumata görə isə, abunəliyin aylıq qiyməti 1 dollar olacaq.

Bununla belə, ödənişli “Whatsapp”dan istifadə edənlər bəzi özəlliklərə sahib olacaq. Meta bu seçimi edənlərə proqramdan eyni vaxtda bir neçə mobil cihazda tək hesabla istifadə etmək imkanı təqdim edəcək. Zamanla inkişaf etdirilən bəzi yeni funksiyaların da yalnız ödənişli abunəçilər tərəfindən istifadə edilməsi planlaşdırılır./azxeber.com

İmsak və İftar vaxtı 2022

Xəbər lenti