Xəzər Xəbər

Minalanmış sahələrin süni intellekt əsasında havadan tədqiqatı aparılır

Texnologiya | 15:02 • 28 Yanvar 2022
Minalanmış sahələrin süni intellekt əsasında havadan tədqiqatı aparılır

Keçən ildən süni intellekt əsasında çalışan - uzaq məsafədən, yəni minalanmış sahələrin havadan tədqiqatı sisteminin tətbiqinə başlamışıq. Azərbaycan dünyada ilk ölkələrdəndir ki, bu sistemi tətbiq edir. Bu sistem vasitəsilə biz minaların dəqiq yerini müəyyən edə bilirik.

Xezerxeber.az xəbər verir ki, bu sözləri Ağdamda ANAMA-nın mobil sahə düşərgəsinin açılışında iştirak edən Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov deyib.

“Bu il bizim planlarımız çox genişdir, eyni zamanda, Azərbaycanın minatəmizləmə istiqamətində potensialının daha da gücləndirilməsi sahəsində planlarımız var. Həm ANAMA-nın, eləcə də digər müvafiq strukturların, təşkilatların maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətinin sayının artırılması təmin olunacaq”, - deyə o əlavə edib.

Xəbər lenti