Xəzər Xəbər

Özbəkistanda “Laçın” adlı pilotsuz uçuş aparatlarının istehsalına başlanıb

Texnologiya | 18:16 • 18 Yanvar 2022
Özbəkistanda “Laçın” adlı pilotsuz uçuş aparatlarının istehsalına başlanıb

Özbəkistanda beynəlxalq tələblərə və standartlara cavab verən “Laçın” adlı pilotsuz uçuş aparatlarının (PUA) istehsalına başlanıb.

AZƏRTAC Özbəkistan Müdafiə Sənayesi Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, Mərkəzi Asiyada ilk dəfə Özbəkistanda istehsal olunan müasir PUA-lar hərbi sahədə kəşfiyyat çəkilişləri aparmaq, müşahidə işlərini həyata keçirmək, hərbi obyektlərə zərbə vurmaq, informasiya almaq və ötürmək, həmçinin hərbi kartoqrafiya, topogeodeziya çəkilişləri aparmaq imkanına malikdir.

Bundan başqa, PUA-lardan sənayedə və kənd təsərrüfatında da geniş istifadə etmək mümkündür. Belə ki, belə aparatlardan qoruqların, yolların, neft-qaz sahələrinin, meşə zolaqlarının, dəmir yolu xətlərinin və xüsusi strateji obyektlərin qorunmasında istifadə oluna bilər.

Xəbər lenti