Xəzər Xəbər

İran fəzaya raket daşıyıcısı buraxıb

Texnologiya | 16:34 • 14 Yanvar 2022
İran fəzaya raket daşıyıcısı buraxıb

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kosmik Qüvvələri bərk yanacaqla hərəkət edən raket daşıyıcısını fəzaya buraxıb.

Bu barədə SEPAH-ın generalı Əmir Əli Hacızadə məlumat verib.

O bildirib ki, raket daşıyıcısının 6 ton yanacaq ehtiyatı var. Daşıyıcı qeyri-metal materiallardan hazırlanıb. Maye yanacaq əvəzinə bərk yanacaqdan istifadə qənaət imkanı yaradır. Bu, həm də raket daşıyıcısının daha uzaq məsafə qət etməsinə imkan verir.

General diqqətə çatdırıb ki, İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalara baxmayaraq, ölkədə hərbi-kosmik qüvvələr sürətlə inkişaf edir.

Xəbər lenti