Xəzər Xəbər

Ukraynaya kütləvi kiber-hücum oldu: Qorxun və daha pisini gözləyin

Texnologiya | 14:33 • 14 Yanvar 2022
Ukraynaya kütləvi kiber-hücum oldu: Qorxun və daha pisini gözləyin

Ukrayna Xarici İşlər və Təhsil nazirliklərinin rəsmi veb-saytları da olmaqla, bir çox hökumət orqanının internet səhifələrinə giriş qeyri-mümkün hala gəlib.

"The Guardian" xəbər verir ki, Ukrayna XİN-nin saytına yerləşdirilən mesajda bildirilir:

“Ukraynalılar, haqqınızda olan bütün məlumatlar ictimailəşdirildi. Qorxun və daha pisini gözləyin. Bu, sizin keçmişiniz, indiniz və gələcəyinizdir”.

Mesajda Ukrayna bayrağı əks olunub və üzərindən xətt çəkilib və II Dünya müharibəsi zamanı Sovet İttifaqına qarşı vuruşan Ukrayna qiyamçılarına və "tarixi torpaqlar"a vurğu edilib.

Rəsmi dairələr kiber-hücum haqqında fikir bildirməyin hələ tez olduğunu bildirir. Rusiya və ABŞ arasında Ukrayna məsələsindəki son danışıqların fayda verməməsinin kiber-hücumla əlaqəli olduğu bildirilir.

Onu da qeyd edək ki, Ukraynaya qarşı Rusiya mərkəzli kiber-hücumlar daha əvvəllər baş verib./Redaktor.az 

Xəbər lenti