Xəzər Xəbər

Məşhur brauzer izlənən istifadəçilərə bildirişlər yollayacaq

Texnologiya | 10:00 • 13 Yanvar 2022
Məşhur brauzer izlənən istifadəçilərə bildirişlər yollayacaq

Məşhur “Mozilla Firefox” brauzerində yeni “Mozilla Rally” tətbiqini işə salınıb. Onun köməyi ilə istifadəçilər onların hərəkətlərinin “Facebook” sosial şəbəkəsi tərəfindən izlənilməsi halları barədə bildirişlər alacaq.

Qeyd olunur ki, “Facebook” öz istifadəçilərini izləmək üçün şirkətin resurslarından kənarda işləyən müxtəlif trekerlərdən istifadə edir. “Mozilla” tədqiqatçıları da bunu öyrənmək üçün yeni funksiyadan istifadə etmək niyyətindədir.

Brauzer tərtibatçılarının fikrincə, bir çox sayt öz istifadəçilərinin pulsuz izlənilməsi və məqsədli reklamların seçilməsi müqabilində “Facebook” trekerlərinin quraşdırılmasına razılaşır. Bu halda “Facebook” bütün qəbul edilən məlumatların sosial şəbəkələrə ötürülməsini tələb edir.

O da qeyd olunur ki, məlumat toplanılması üçün istifadəçinin “Facebook” profilinə daxil olmasına belə ehtiyac yoxdur.

Mənbə: Gizmodo

Xəbər lenti