“WhatsApp”da kriptovalyuta ilə ani ödənişlər funksiyası tətbiq ediləcək.
Yeni imkan messencerin “Novi” ödəniş xidməti ilə əməkdaşlığı sayəsində mümkün olacaq.
Bu barədə “Novi”nin baş direktoru Stefani Kasriel özünün “Twitter” səhifəsində məlumat verib.
Qeyd edək ki, “Novi” 1 dollara bərabər olan öz altkini “Pax Dollar” (USDP) ilə ani köçürmələr etməyə imkan verən ödəniş platformasıdır. Cüzdandan pul çıxarmaq və ya yerli valyutaya çevirmək üçün komissiya haqqı yoxdur. Xidmət hazırda yalnız ABŞ və Qvatemalada aktivdir.
Mənbə: 1prime.ru