Xəzər Xəbər

WhatsApp-dan növbəti YENİLİK - Bundan sonra...

Texnologiya | 15:57 • 24 Noyabr 2021
WhatsApp-dan növbəti YENİLİK - Bundan sonra...

“WhatsApp” messenceri səsli mesajlarla işləmək üçün yeni funksiyanı təqdim etməyə hazırlaşır.

Söhbət audio mesajların oxudulmasını bir yarım, iki dəfə sürətləndirməkdən gedir.

Əvvəllər bu funksiya gələn səsli qeydlər üçün əlçatan idisə, artıq göndərilən səslərə də daha sürətli şəkildə qulaq asmaq mümkün olacaq.

Bu funksiya WhatsApp-ın iOS üçün son beta versiyada əlavə edilib və hazırda inkişaf etdirilir.

Yenilik daha sonra “Android”lər üçün də əlçatan olacaq.

Mənbə: WABetaInfo

Xəbər lenti

Çox oxunanlar