Xəzər Xəbər

Turizm şirkəti kosmosda mərkəz tikir: 10 nəfər yaşaya biləcək və...

Texnologiya | 17:31 • 27 Oktyabr 2021
Turizm şirkəti kosmosda mərkəz tikir: 10 nəfər yaşaya biləcək və...

“Amazon”un qurucusu, amerikalı milyarder Ceff Bezosa məxsus “Blue Origin” kosmos turizm şirkəti kosmik stansiya tikmək planlarını açıqlayıb.

Şirkətin idarəçiləri 2030-cu lə qədər bitirməyi başa çatdırmağı planlaşdırdığı stansiyanın adını Orbital Reef qoyacaqlarını bildirir.

Stansiya bir çox məqsədə xidmət edə biləcək iş mərkəzi kimi düşünülür və orada eyni vaxtda 10 nəfərin yaşaya biləcəyi bildirilib.

“Blue Origin” stansiyanın tikintisində “Sierra Space” və Boeing şirkətləri ilə əməkdaşlıq edəcək. 3000 kvadratmetrlik stansiyada cazibə qüvvəsi olmadan filmlər çəkmək və qabaqcıl texnologiyalar tələb edən tədqiqatlar aparmaq məqsədi daşıyır./Teleqraf.com 

Xəbər lenti