Xəzər Xəbər

Facebook səhmləri UCUZLAŞDI

Texnologiya | 15:18 • 27 Oktyabr 2021
Facebook səhmləri UCUZLAŞDI
Nyu-York Fond Birjasında Facebook-un səhmləri rüblük hesabatların dərci fonunda 4%-dək ucuzlaşıb.
 
Şirkətin bir səhminin qiyməti 12,88 dollar (-3,92%) azalaraq 315,81 dollara düşüb.

 

Şirkətin rüblük hesabatlarına görə, Facebook-un gəliri bu ilin üçüncü rübündə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 35% artaraq 29 milyard dollar təşkil edib. Bununla belə, investorlar gəlirin daha da yüksək - ən azı 29,58 milyard dollar olacağını gözləyirdilər./Sfera.az  

Xəbər lenti