Xəzər Xəbər

Kosmosda “biznes-park”

Texnologiya | 17:08 • 26 Oktyabr 2021
Kosmosda “biznes-park”

Amozonun qurucusu Cef Bezosa məxsus "Blue Origin" aerokosmik kompaniyası cari onilliyin ikinci yarısında aşağı yerətrafı orbitdə kommersiya kosmik stansiyası açmağı planlaşdırır.

"Financial Times" nəşri yazır ki, "Blue Origin" və onun layihə üzrə əsas tərəfdaşı "Sierra Space" stansiyanın kosmosda çoxfunksiyalı “biznes-park” olacağını hesab edir. Stansiyanın tutumunun on nəfərədək olacağı nəzərdə tutulur.

Layihənin saytında deyilir ki, “Orbital rif” (Orbital Reef) adlandırılacaq stansiya “kosmik otel”, mikroqravitasiya şəraitində filmlər çəkilişi, yaxud ən müasir tədqiqatlar üçün ideal yer olacaq.

Qəzetin yazdığına görə, layihəyə investisiyanın həcmi məlum deyil. Ona cəlb olunan digər kompaniyalar arasında "Boeing Co. Redwire Space" və "Genesis Engineering Solutions" da var.

Xəbər lenti