Xəzər Xəbər

“WhatsApp”da yenilik - son görünməni dəyişə biləcəksiniz

Texnologiya | 15:25 • 21 Oktyabr 2021
“WhatsApp”da yenilik - son görünməni dəyişə biləcəksiniz

"WhatsApp” istifadəçilərinin ən çox şikayət etdiyi xüsusiyyətlərdən birini dəyişdirir.

XəzərXəbər xəbər verir ki, dünyada təxminən 1,6 milyard istifadəçisi olan "WhatsApp” mesajlaşma proqramı yeni bir funksiyanı işə salmağa hazırlaşıb.

"Google Disk” və ya "Apple iCloud” dəstəklənən söhbətlər artıq hərtərəfli şifrələnəcək. Yeniləmə zamanı bütün istifadəçilərin kilidi açılacaq.

Yeniləmə ilə başqa, "WhatsApp” istifadəçiləri "son görüldü" funksiyasını 4 fərqli şəkildə istifadə edə biləcək.

"Hər kəs", "Əlaqələrim" və "Heç kim" dən başqa, "Kontaktlarım istisna olmaqla" seçimi də istifadəçilər üçün əlçatan olacaq.

"Qara siyahı"ya əlavə etdiyiniz insanlar son göründüyünüzvaxtı və tarixi görə bilməyəcəklər.

Xəbər lenti