Xəzər Xəbər

“WhatsApp”ın redaktə funksiyasında YENİLİK

Texnologiya | 10:28 • 20 Oktyabr 2021
“WhatsApp”ın redaktə funksiyasında YENİLİK

“WhatsApp”ın “Android”lər üçün beta versiyanın görüntü redaktorunda son dəyişikliyi geri qaytarmaq düyməsi əlavə edilib.

Uzun müddətdir ki, şəkillərə stiker və mətn əlavə etmək kimi əsas multimediya redaktə funksiyaları təmin edilib, lakin redaktə zamanı səhv etsəniz, bu, geri qaytarıla bilmir. Bunu düzəltmək üçün “WhatsApp” görüntünün dəyişdirilməsini asanlaşdıracaq yeni bir media tənzimləmə xüsusiyyəti əlavə edəcək.


Bu funksiya hazırda inkişaf mərhələsindədir və yalnız “Android”lərdə messencerin beta-testerlər üçün əlçatandır. Gələcəkdə “WhatsApp” messencerin bütün versiyalarında son dəyişikliyi geri qaytarmaq üçün bir düymə əlavə edəcək./oxu.az

Xəbər lenti