Xəzər Xəbər

İnstaqramdan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYALAR

Texnologiya | 09:59 • 20 Oktyabr 2021
İnstaqramdan istifadəçilərini sevindirəcək YENİ FUNKSİYALAR

İnstaqram sosial şəbəkəsində bir neçə yeni funksiya yaradılır.

XəzərXəbər “Report"a istinadən xəbər verir ki, bu barədə "Tech Crunch" məlumat yayıb.

Belə ki, bu gündən etibarən instaqramda "Collabs" funksiyası işə düşür ki, bu da iki istifadəçiyə ortaq yazılar paylaşmağa imkan verəcək. Yazılarda ümumi şərhlər, baxışlar və bəyənmələr olacaq.

Həmçinin istifadəçilərə qeyri-kommersiya təşkilatları üçün pul toplamaq imkanı yaradılacaq.

Oktyabrın 21-dən isə istifadəçilər tətbiqdən istifadə etmədən kompüter və ya smartfonda yazı paylaşa biləcəklər.

Bununla yanaşı, "Reels" üçün yeni xüsusiyyətlər əlavə ediləcək ki, bunların arasında 3D sözləri də var.

Xəbər lenti