Xəzər Xəbər

“WhatsApp” söhbətlərini heç kim oxumayacaq

Texnologiya | 18:33 • 18 Oktyabr 2021
“WhatsApp” söhbətlərini heç kim oxumayacaq

Amerikalı texnologiya nəhəngi “WhatsApp” şifrələmə sistemini açıqladıqdan sonra təhlükəsizlik mövzusunda yenidən hərəkətə keçib. Yeni xüsusiyyətini açıqlayan “WhatsApp”, artıq heç kimin söhbətlərinə daxil ola bilməyəcəyini bildirib.

“WhatsApp”, “Google” istifadəçilərinin “Drive”a və “Apple” istifadəçilərinin “iCloud”a yüklədikləri hər hansı söhbətin, proqramın özü də daxil olmaqla, heç kim üçün əlçatan olmayacağını açıqlayıb.

Bunun üçün bütün istifadəçilərin söhbətlərin şifrələmə hissəsinə gəlmələri və 64 rəqəmli bir parol təyin etmələri lazımdır./Lent.az 

Xəbər lenti