Xəzər Xəbər

Daha bir ölkə Türkiyə PUA-ları ilə maraqlanır

Texnologiya | 08:36 • 18 Oktyabr 2021
Daha bir ölkə Türkiyə PUA-ları ilə maraqlanır

Böyük Britaniya Türkiyənin "Bayraktar" və "Anka" pilotsuz uçuş aparatlarının əldə edilməsi məsələsini nəzərdən keçirir.

Bunu "CNN" telekanalına müsahibəsində Türkiyənin sənaye və texnologiyalar naziri Mustafa Varank deyib.

Onun sözlərinə görə, Birləşmiş Krallıq Türkiyənin döyüş PUA-larının əldə edilməsində çox maraqlıdır:

"İndi onlar qərar verməlidirlər. Onlara variantlar təqdim etdik və indi ciddi şəkildə düşünürlər".

Xəbər lenti