Xəzər Xəbər

Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib

Texnologiya | 10:49 • 17 Oktyabr 2021
Çin nüvə yüklü hipersəsli raketi sınaqdan keçirib

Çin nüvə yüklü yeni hipersəs raketini sınaqdan keçirib.

Bu barədə "Financial Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata əsasən, buraxılış avqust ayında baş verib.

Hipersəsli təyyarəsi olan raket yer kürəsi ətrafında fırlanaraq aşağı orbitli kosmosdan keçib, sonra hədəfi vurmaq üçün enib.

Ancaq mənbələrə görə, hədəf vurulmayıb. ABŞ kəşfiyyatı qeyd edib ki, raket hədəfdən təxminən 33 kilometr uzaq keçib.

Xəbər lenti

Çox oxunanlar