Xəzər Xəbər

“WhatsApp”dan YENİLİK: Qruplar ləğv edilir?

Texnologiya | 15:16 • 14 Oktyabr 2021
“WhatsApp”dan YENİLİK: Qruplar ləğv edilir?

“WhatsApp”a yeni bir xüsusiyyət gəlir. Bu yenilikdən sonra “WhatsApp” qruplarının silinə bilinəcəyi fikri yaranıb.

Tətbiqin ən son beta versiyası “v2.21.21.6”da aşkar edilən sözügedən xüsusiyyətə “İcma” adı verilib.
Məlumata görə, hələ də sınaqdan keçirilən xüsusiyyətin “WhatsApp” qruplarını əvəz edə biləcəyi deyilir.

Amma bununla bağlı rəsmi açıqlama yoxdur.

Kod simlərinə baxan rəsmilərin sözlərinə görə, həm qruplar, həm də “İcma” xüsusiyyəti birlikdə davam edə bilər. Amma digər versiyalara görə, qruplar “İcma” adı ilə dəyişdiriləcək.///lent.az

Xəbər lenti

Çox oxunanlar