Xəzər Xəbər

Azərbaycanda internet istifadəçiləri üçün YENİLİK

Texnologiya | 14:12 • 11 Oktyabr 2021
Azərbaycanda internet istifadəçiləri üçün YENİLİK

Azərbaycanda internet provayderlərin vahid reyestri və onların əhatə dairəsi ilə bağlı vahid məlumat mərkəzi yaradılacaq.

XəzərXəbər xəbər verir ki, bu məqsədlə "ASANnet" informasiya sisteminin və vahid xidmət portalının yaradılması nəzərdə tutulub.

Hazırda ilkin mərhələdə dövlət provayderləri olan "Baktelecom" və "Aztelekom" müştəriləri üçün belə bir xidmətin hazırlanmasına start verilib. Növbəti mərhələdə isə bütün provayderlərin müştəriləri üçün "ASANnet" xidmətinin yaradılması nəzərdə tutulub.

Bu xidmət vahid portalda hər bir müştəri üçün şəxsi kabinetin yaradılması və qoşulduğu provayderin təqdim etdiyi xidmətlərin buradan idarə edilməsini nəzərdə tutur.

Şəxsi kabinetə malik olan istifadəçi bu xidmət vasitəsilə istənilən vaxt bu xidmətə qoşulan provayderi dəyişə, internet sürətini seçə və dəyişiklik edə biləcək.

Xəbər lenti