Xəzər Xəbər

İnternet sürətini dəyişmək istəyənlərin NƏZƏRİNƏ: Xidmət aktivləşib ...

Texnologiya | 6,556 | 13:45 • 24 Sentyabr 2021
İnternet sürətini dəyişmək istəyənlərin NƏZƏRİNƏ: Xidmət aktivləşib ...

Bildiyimiz kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində fəaliyyət göstərən “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) internet tariflərinə dəyişiklik edib.

XəzərXəbər xəbər verir ki, tarif dəyişikliyindən sonra müvafiq internet sürətlərini əldə etmək üçün istifadəçilər müqavilədəki dəyişiklik məqsədilə rabitə qovşaqlarına dəvət edilirdi. Artıq buna ehtiyac qalmayıb.

Ötən gündən nazirlik ADSL xidməti üzrə internet sürətini seçməyə imkan verən xidməti yenidən aktivləşdirib.

ADSL üzrə endirimə uyğun internet sürəti əldə etmək üçün istifadəçilər e-Gov.az portalında və ya NRYTN saytında e-xdimətlər içərisində “ADSL xidmətinə qoşulma” elektron xidmətini seçərək müvafiq dəyişiklikləri etməlidir.

Qeyd edək ki, əvvəldən bu xidmət mövcud olsa da aktiv deyildi.

Xəbər lenti